• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı-Ufa aviareysləri bərpa edilir

Bakı-Ufa aviareysləri bərpa edilir
14.06.2022 19:30
"Azərbaycan Hava Yolları” QSC-nin törəmə müəssisəsi "Buta Airways” Rusiyanın Ufa şəhərinə və geriyə uçuşları bərpa edir. Bu barədə "Buta Airways” şirkətindən bildirilib.

Aviaşirkət 3 iyuldan etibarən Heydər Əliyev Beynəlxalq Aeroportundan Ufa şəhərinə reyslər yerinə yetirməyə başlayacaq. Bakı-Ufa-Bakı istiqaməti üzrə uçuşlar həftədə iki dəfə - cümə axşamı və bazar günləri həyata keçiriləcək.

Həmçinin xatırladaq ki, "Buta Airways” aviaşirkəti 15 iyundan etibarən həftədə iki dəfə olmaqla Həştərxan (cümə axşamı və bazar günləri), Mineralnıye Vodı (çərşənbə axşamı və bazar günləri), Kazan (çərşənbə və şənbə günləri) şəhərlərinə uçuşlar yerinə yetirməyə başlayacaq.

"Buta Airways” aviaşirkətinin Rusiya şəhərlərinə planlaşdırılan bütün reyslərinə biletlər artıq aviadaşıyıcının akkreditə olunmuş agentliklərində, habelə aviaşirkətin .butaairways.az rəsmi saytında satışdadır.

Bu reyslərə qeyd edilən daşıma şərtlərinə uyğun olan və qüvvədə olan epidemioloji məhdudiyyətlər şəraitində uçuşuna icazə verilən sərnişinlər qəbul ediləcək.

Rusiyaya səyahət etməyi planlaşdıran sərnişinlərə uçuşdan əvvəl, bu ölkəyə daxil olarkən qüvvədə olan qayda və məhdudiyyətlərlə tanış olmaq tövsiyə olunur. Pandemiya dövründə ölkəyə giriş qaydaları ilə aviaşirkətin saytında tanış olmaq olar: https://www.butaairways.az/az/covid/russia.

Azərbaycana giriş qaydaları haqqında məlumatla aşağıdakı keçid vasitəsilə tanış olmaq olar: https://www.butaairways.az/az/covid/azerbaijan.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol