• $
  • €
  • ₽
  • ₺
  • £

“Sovetski”dən köçmək istəyən ailələrin sayı 700-ə çatdı

“Sovetski”dən köçmək istəyən ailələrin sayı 700-ə çatdı
22.04.2014 18:42

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı: “Köçürmə işləri 6 mərhələdən ibarət olacaq”“Bakının “Sovetski” məhəlləsində köçürmə işləri 6 mərhələdən ibarət olacaq”.APA-nın məlumatına görə, bunu Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev Yasamal rayonunda  2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasda söyləyib.İ. Mehdiyev bildirib ki, köçürülmə işlərinə bu ilin əvvəlindən başlanılıb. Onun sözlərinə görə, ilk mərhələlərdə söküntü ərazisinə düşən 2830 ünvanda daşınmaz əmlak obyektlərində dəqiq ölçü işləri aparılıb, görülmüş müvafiq tədbirlər nəticəsində mövcud gərginlik aradan qaldırılıb. Köçürülmə işlərinin yalnız könüllülük əsasında, hər kvadratmetr sahəyə 1500 manat verilməsi ilə aparılır.İ. Mehdiyev ötən dövr ərzində Yasamal Rayon İcra Hakimiyyətinə öz evlərini müəyyən edilən şərtlərlə satmaq istəyən ailələrdən artıq 697 razılıq ərizəsi daxil olduğunu, müraciətlərin sayının artmaqda olduğunu nəzərə çatdırıb. Artıq komissiyaya dəvət olunmuş 543 mənzilin sahibləri ilə razılaşma protokolları imzalanıb, onlardan 240 əmlak sahibi ilə müvafiq qaydada alqı-satqı aparılıb, bu şəxslər öz vəsaitlərini bank hesabından götürüblər. İndiyə qədər sakinləri köçmüş 41 mənzil sökülüb.Yasamal Rayon İcra Hakimiyyətinin başçısı söküntü ərazisində 160-dan çox mədəniyyət abidəsi olduğunu açıqlayıb.Söküntü ərazisinə düşən dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı, həmin abidələrin foto şəkillərdən ibarət albomu, abidələrin yerləşmə xəritəsi tərtib edilib və bu məlumatlar baş nazirin müavini Abid Şərifova və Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunub.ANNET.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol