DİN-in son sutkada aşkarladığı cinayətlərin STATİSTİKASI
2022-ci il iyunun 15-də Azərbaycanda baş vermiş 54 cinayət aşkarlanıb. Bu barədə Azərbaycanın Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
"Cinayətlərin üstü "isti izlər”lə açılıb. Onlardan 13-ü əvvəlki dövrlərdən qalmış cinayət işləridir", - DİN məlumatında bildirilir.
Həmin məlumata görə, ümumilikdə axtarışda olan 38 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 21 nəfər saxlanılıb.
Son bir gün ərzində narkotiklərlə əlaqəli 32 fakt aşkarlanıb. Qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilindikləri üçün saxlanan şəxslərin sayı isə 49 nəfərdir.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























