Bu kənddə “Son zəng” cəmi iki məzun üçün çalınıb

Bu il Şabranın Qələgah kənd məktəbini cəmi 3 nəfər bitirib. IX illik məktəbin məzunlardan birinin səhhətində problem yarandığından məktəbdə 2 nəfər üçün "Son zəng” çalınıb. Bu barədə məktəbin direktoru Pərvanə Aslanova məlumat verib.
www.anews.az
O bildirib ki, artıq məzunlar orta ixtisas məktəblərinə seçimlərini ediblər.
Məktəbi bitirən 3 nəfər imtahan verib özlərinə görə müəyyən bal toplayıblar.
Şagirdlərimizin topladıqları ballar liseyə qəbula imkan verir. Seçimlər avqustda olacaq deyə hələ ki, gözləyirik. Şagirdlərimizdən biri C. Naxçıvanski adına liseyə səndlərini verib, komissiyadan keçib, iyulun sonunda imtahanı olacaq. Biz 2 nəfər də olsa, onlar üçün "Son zəng” tədbiri keçirməliyik”.
Sözügedən məktəb 9 illik olduğundan təhsilini davam etdirmək istəyənlər qonşu Dağbilici kənd tam orta məktəbinə və ya rayon mərkəzindəki məktəblərə üz tuturlar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























