• $
  • €
  • ₽
  • ₺
  • £

Yasamal rayon ictimaiyyəti Milli Qurtuluş Gününü qeyd edir

Yasamal rayon ictimaiyyəti Milli Qurtuluş Gününü qeyd edir
15.06.2022 11:13
Yasamal rayon ictimaiyyəti 15 İyun-Milli Qurtuluş Gününü böyük təntənə ilə qeyd edir. Bu münasibətlə rayon ictimaiyyəti Ulu Öndərin Fəxri Xiyabandakı məzarını ziyarət edərək onun əziz xatirəsini yad edib. Daha sonra ictimaiyyət nümayəndələri Yasamal rayon şəhidlərinin xatirə kompleksini ziyarət edərək ərazi bütovlüyümüz uğrunda həlak olanların ruhuna ehtiramını bildirdilər. Daha sonra isə Yasamal Rayon İcra Hakimiyyəti və YAP Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə tədbir keçirildi.Tədbirin əvvəlində Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, daha sonra isə Ulu Öndərin fəaliyyətindən bəhs edən filmin baxışı oldu.

Tədbirdə  çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, millət vəkilləri Sadiq Qurbanov, Elnur Allahverdiyev və digər natiqlər bildirdilər ki, 90-cı illərdə müstəqilliyini qazanan Azərbaycanı parçalanmaq təhlükəsindən məhz Ulu Öndər xilas etdi.

Tədbirdə nitq söyləyən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirdi ki, 20-ci əsrdə Azərbaycan iki dəfə müstəqillik qazanıb. Əsrin əvvəlindəki müstəqilliyimiz cəmi 23 ay sürüb. 1991-ci ildə SSRİ dağılandan sonra isə Azərbaycan ikinci dəfə müstəqillik qazandı.Lakin 90-cı illərin əvvələrindəki erməni təcavüzü, iqtisadi böhran, xalq ilə iqtidar arasında uçurumun dərinləşməsi müstəqilliyin  itirilməsi ilə nəticələnə bilərdi. Bu təhlükəni görən Azərbaycan xalqı Heydər Əliyevə üz tutdu. Xalqın təkidi ilə Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdı və Azərbaycanı böyük bəladan qurtardı:
atəşkəs rejimi əldə edildi, beynəlxalq aləm Azərbaycanı tanıdı, ölkədə sabitlik yarandı, "Əsrin müqaviləsi” imzalandı. Məhz buna görə biz 15 iyunu Milli Qurtuluş günü kimi qeyd edirik. Milli Qurtuluş günü  Azərbaycan xalqı üçün  sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür.

Elşad Həsənov bildirdi ki, bu gün Ümumilli Liderin siyasətini, onun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev qətiyyətlə davam etdirir. Cənab Prezidentin apardığı siyasət Azərbaycanı hər sahədə uğura aparır. 15 iyun Milli Qurtuluş günü tariximizin digər böyük bir tarixi ilə bağlıdır- 8 noyabr Zəfər günü. Zəfər gününə gedən yol məhz Milli Qurtuluş günündən başladı. 1993-cü ildə Heydər Əliyev Azərbaycanı dağılmaqdan xilas etdi, 2020-ci ildə isə cənab Prezident İlham Əliyev Qarabağı erməni işğalçılarından xilas etdi.

Qeyd olundu ki, bu gün Qarabağda böyük miqyaslı bərpa-quruculuq işləri görülür və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu Qarabağdakı milli-mənəvi abidələrimizi bərpa edir. Elşad Həsənov vurğuladı ki, Heydər Əliyev Azərbaycanı məhz belə görmək istəyib: sürətlə inkişaf edən, torpaqları azad edilmiş və güclü liderin rəhbərlik etdiyi ölkə.

Tədbirin sonunda Yasamal rayonunun ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə və 15 iyun Milli Qurtuluş günü münasibətilə fəxri fərmanlar təqdim olundu.



















www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol