"Tərtər işi"ndə zərərçəkən şəxslərin yaxınları aksiya keçirib

Bu gün Bakıda Hərbi Prokrorluğun qarşısında Tərtər hadisələrində zərərçəkən hərbçilərin yaxınları aksiya keçirib.
Aksiya iştirakçıları 5 ildir onların müraciətlərinə baxılmamasından şikayət edib. Zərərçəkənləri yaxınları Hərbi prokuror Xanlar Vəliyevin, keçmiş Baş prokror Zakir Qaralovun, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin, Hərbi prokrorun müavini Şəfayət İmranovun cəzalandırılması ilə bağlı şüarlar səsləndiriblər. İştirakçılar etirazlarını bildirdikdən sonra aksiyanın baş tutduğunu elan edərək ərazidən uzaqlaşıblar.
2017-ci ilin mayında Azərbaycanın Baş Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanat yayaraq bir qrup hərbi qulluqçular və digər mülki şəxslərin ölkəyə xəyanət etdiklərini və Ermənistana məlumat ötürdükləri barədə bəyanat yayıb. Məhkəmənin hökmünə əsasən, ermənistan MTX-sı ilə mümkün əlaqələrə görə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə ittiham olunan 22 nəfər barəsində 5 ildən 20 ilə qədər müddətə azadlıqdan məhrum etmə cəzaları çıxarıldı. Hökm, 1-ci mərhələdə 11 nəfər, 2-ci mərhələdə 7 nəfər, 3-cü mərhələdə 4 nəfər olmaqla 3-lü mərhələ şəklində olub.
Azərbaycan hüquq müdafiəçilərinin bildirdiyinə görə, Azərbaycan Silahlı Qüvvələrinin 100-dən çox əsgər və zabitinə işgəncə verilmiş, 25 nəfər uzun müddətli həbs cəzası almış və 12 nəfər işgəncədən ölüb. Xüsusilə ehtiyatda olan polkovnik-leytenant Saleh Qafarovun əllərini və ayaqlarını bağlayıb suda batırmış, bədəninə cərəyan vermiş, dırnaqlarını çıxarmış, çənəsini sındırmış və əlləri bağlı şəkildə 2-ci mərtəbədən atıblar. Bunu məhkəməyə onun həyat yoldaşı eşitdiklərindən bildirib. Bundan sonra komaya düşənə qədər işgəncə verməyə davam etmişdilər. Keçmiş bölük komandiri, kapitan rütbəsi olan Vaqif Abdullayevin dediyinə görə o, ac saxlanılmış, çılpaq vəziyyətdə üzərinə soyuq su atılmış, elektşok ilə işgəncə verilib sonra isə ordudan qovulub.
Hüquq müdafiəçisi Oktay Gülalıyevin sözlərinə görə, 9 hərbçi işgəncələrə dözə bilməyərək ölmüş, onlardan 5-nə belə cinayət işi açılmamışdır. Mediada yayılan məlumatlara görə, hazırda ən azı 25 nəfər hərbi qulluqçu həbsxanadadır, onlar dövlətə xəyanət, yüksək rütbəlilərə hücum və bir çox digər ittihamlarla həbsxana həyatı yaşamaq məcburiyyətindədir. Sonradan öldürülənlərdən 4 nəfərinə bəraət verilib, onlara qarşı ittihamı saxtalaşdıran müstəntiqlər isə 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası alıb.
17 dekabr 2021-ci ildə Baş Prokurorluq "Tərtər işi”nin araşdırılması üçün yeni istintaq qrupu yaratdı. Hazırda bu istiqamətdə araşdırmalar davam edir.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























