• $
  • €
  • ₽
  • ₺
  • £

Sabah bir neçə rayonda təbii qaz problemi olacaq

Sabah bir neçə rayonda təbii qaz problemi olacaq
22.04.2014 18:33
 Sabah Azərbaycanda bir neçə rayonun təbii qaz təchizatında fasilələr olacaq.Bu barədə “APA-Economics”ə “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilir ki, qazpaylayıcı stansiyada kollektor üzərində yenidənqurma işlərinin aparılması, “Goranboy” qaz ölçü qovşağından qidalanan qaz kəmərlərinin yeni quraşdırılacaq kollektora birləşdirilməsi, “Şəmkir SES” (Kür qəsəbəsi) Avtomatik qazpaylayıcı stansiyasından qeyri-əhali istehlakçılarına nəql olunan təbii qazın bir nöqtədən təhvil verilməsi məqsədi ilə yeni sənaye kollektorunun yaradılması, Qazpaylayıcı stansiyadan qidalanan orta təzyiqli qaz kəmərində siyirtmənin yerinin dəyişdirilməsi və siyirtmələrə texniki xidmət göstərilməsi ilə əlaqədar 23 aprel 2014-cü il tarixində saat 09:00-dan 18:00-dək Quba rayonuna, Goranboy rayonunun bir hissəsinə və Şəmkir rayonunun Kür qəsəbəsinə, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə "Kürdmaşı" qaz ölçü qovşağından qidalanan orta təzyiqli qaz xətti üzərində qaztənzimləyici qurğunun quraşdırılması məqsədilə saat 09:30-dan saat 18:00-dək İsmayıllı rayonunun bir hissəsinə, Ələt qəsəbəsində 325 mm-lik qaz xəttinin bir hissəsinin istismardan çıxarılması və yeni çəkilmiş 325 mm-lik orta təzyiqli qaz kəmərlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, "Kompressor st. N1" qaz ölçü qovşağından qidalanan "Siyəzən-1" QPS-ə gələn 325 mm-lik orta təzyiqli qaz kəmərində əmələ gəlmiş qaz sızmasının ləğvi və Nizami rayonu ərazisində aparılan təmir-bərpa işləri ilə bağlı 325 mm-lik orta təzyiqli qaz xəttinin uzun müddət istismarda olan bir hissəsinin yenidən çəkilərək qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar saat 10.00-dan Qaradağ, Siyəzən və Nizami rayonlarının bir hissəsinə, qaz nəqli sistemində yaranmış qaz sızmasının ləğvi məqsədilə saat 10:00-dan saat 13:00-dək Bərdə rayonunun bir hissəsinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən yaşayış binasının qazanxanasına çəkilmiş qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar saat 10:00-dan saat 15:00-dək Ağdam rayonunun bir hissəsinə, QPS-dən qidalanan 100 mm-lik orta təzyiqli yerüstü qaz xəttində aşkar olunmuş qaz sızmalarının ləğvi və Orta Salahlı kəndini təbii qazla təmin edən orta təzyiqli qaz xətti üzərində qaztənzimlyici qurğunun quraşdırılması, "Yevlax-Şəki-Balakən" magistral qaz kəmərlərinin 131,2-154,4-cü kilometrlər arası hissəsində yeni çəkilmiş magistral qaz kəmərlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və abonentlərin qaz təchizatının yaxşılaşdırılması, Ağstafa şəhəri, Şəhriyar küçəsində yeni çəkilmiş 160 mm-lik orta təzyiqli yeraltı polietilen qaz kəmərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, şəhərin küçələrində aparılan abadlıq işləri ilə bağlı yol keçidində qaz xətlərinin kənara çəkilməsi və müxtəlif diametrli qaz xətlərində aşkar olunmuş qaz sızmalarının ləğv edilməsi və qaz xətləri üzərində quraşdırılmış avadanlıqların təmir-təftiş olunması ilə əlaqədar saat 10:00-dan saat 18:00-dək Balakən rayonuna, Zaqatala, Qazax və Ağstafa rayonlarının bir hissəsinə, qaz nəqli sistemində tənzimləyici klapanın dəyişdirilməsi ilə əlaqədar saat 11:00-dan saat 17:00-dək Daşkəsən rayonuna, qaz nəqli sistemində yaranmış qaz sızmasının ləğvi məqsədi ilə saat 13:00-dan saat 18:00-dək isə Xəzər rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.ANNET.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol