Bolqarıstan Baş nazirinin Azərbaycana səfəri ləğv olunub

Bolqarıstan Baş naziri Kiril Petkovun iyunun 16-da Azərbaycana planlaşdırılan səfəri ləğv olunub. Bu barədə "Bolqarıstan” radiosu məlumat yayıb.
Bolqarıstan hökumətinin açıqlamasında səfərin ləğv olunmasına səbəb kimi, parlamentdə ölkə büdcəsinə edilən dəyişikliklərin müzakirəsi və ali qanunverici orqanın spikeri Nikola Minçevə dəstək vermək üçün Baş nazirin şəxsən parlamentdə olması ilə əlaqələndirilib.
Kiril Petkov bu gün IX Qlobal Bakı Forumunda iştirak etməli, həmçinin, Bolqarıstana Azərbaycanın qazının tezliklə nəqli perspektivləri barədə müzakirələr aparmalı idi.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























