Gələn ay Azərbaycanda "Google Pay"dən istifadə mümkün olacaq

İyuldan etibarən "Google pay" (GPay) ödəmə sistemi Azərbaycanda aktiv olacaq.
Bunu Azərbaycan bank sektorundakı mənbə bildirib.
Məlumata görə, platformanın Azərbaycanda aktivləşdirilməsi üçün işlər yekunlaşıb.
"Apreldə bununla bağlı "Google" ilə razılığa gəldik. Həmçinin "Visa" və "MasterCard" beynəlxalq ödəmə texnologiyası şirkətləri ilə də anlaşmışıq. Azərbaycan tərəfi olaraq üzərimizə düşən bütün işləri görmüşük. Yalnız qarşı tərəfin bununla bağlı qərar verməsi qalıb. Bizə bildirilib ki, iyul ayında "Google Pay" Azərbaycanda aktivləşəcək. Amma yenə də onlardan qaynaqlanan səbəblərdən proses 1 ay yubana bilər. Amma avqustdan o tərəfə keçməycək və biz bu yay "Google Pay"dən yararlana biləcəyik".
Mənbənin sözlərinə görə, "Samsung Pay" və "Pay Pal" kimi ödəmə playformalarının tezliklə aktivləşməsi planda yoxdur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























