• $
  • €
  • ₽
  • ₺
  • £

Oqtay Şirəliyev ana ölümlərindən danışdı

Oqtay Şirəliyev ana ölümlərindən danışdı
22.04.2014 18:07
“Həkimlik çətin, ağır peşədir. Bu sənəti seçənlər bilməlidirlər ki, ağır xəstəsi də olacaq, gecə zəngləri, çətinlikləri də. Biz bunların hər birinin öhdəsindən layiqincə gəlməliyik”.APA-nın xəbərinə görə, bunu səhiyyə naziri Oqtay Şirəliyev Səhiyyə Nazirliyinin Bərdədə keçirilən səyyar kollegiya iclasında çıxışı zamanı deyib. Nazir bu gün insanların səhiyyə sahəsində çalışan, əyninə ağ xalat geyinən hər bir şəxsdən xüsusi qayğı, diqqət gözlədiyini bildirib. O, Azərbaycanın bütün regionlarında insanların bu cür diqqət və qayğı ilə əhatə olunması üçün hər bir şərait yaradıldığını vurğulayıb: “Hazırda Bərdə Müalicə Diaqnostika Mərkəzinə gün ərzində 400-ə qədər insan müraciət edirsə, deməli, həqiqətən əhalinin yüksək səviyyəli səhiyyə xidməti ilə əhatə olunması üçün burada hər cür şərait var. Həmin insanlar vaxtilə sadə bir müayinə və ya əməliyyat üçün Bakı şəhərinə üz tuturdular. İndi isə burada ağır, çətin əməliyyatlar aparılır. Bir sözlə, təkcə şəhərlərimizdə deyil, bütün ölkədə səhiyyə inkişaf edir ”. Uğurlarla yanaşı, problemlərin, müəyyən neqativ halların da olduğunu diqqətə çatdıran səhiyyə naziri tibb işçilərinə insanlarla münasibətdə diqqətli olmağı tövsiyə edib. O.Şirəliyev həkimlərin, tibb bacılarının mütəmadi olaraq kurslarda iştirakının, daim öz bilik və bacarıqlarını artırmalarının önəmini də dilə gətirib. Ana ölümü hadisələrinin olmaması üçün hər bir həkimin məsuliyyətini dərk etməsinin zəruriliyini qeyd edən nazir tibb işçilərinin sertifikasiyasını, rezidentura təhsil sisteminin tətbiqini yüksək səviyyəli kadrlar yetişdirilməsi və tibb işçilərinin biliklərinin artırması baxımından önəmli fakt kimi vurğulayıb. ANNET.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol