Azərbaycanda məktəb narkomanlar oylağına çevrilib- RƏSMİ açıqlama

Goranboyda yerləşən məktəblərdən birinin otağından narkomanlar istifadə edirlər.



Gülnar
www.anews.az
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb
İddia edilib ki, rayonun 2 saylı tam orta məktəbi narkomanlar oylağına çevrilib.
Belə ki, paylaşılan fotolarda divarda, yerdə qan izinə də rast gəlinir.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, iddialar həqiqəti əks etdirmir.
"Respublikanın digər şəhər və rayonlarında olduğu kimi Goranboyda da rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mütəmadi olaraq həm profilaktiki həm də əməliyyat axtarış tədbirləri həyata keçirilir. Sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı isə polis əməkdaşları həmin ünvana gələrək müvafiq araşdırmalar aparıb. Məktəbə bitişik olan həmin təsərrüfat binasında hər hansı bir narkotik və ya istifadə edilməsi üçün əşya aşkarlanmayıb. Divardakı qan ləkəsindən isə nümunə götürülərək müvafiq ekspertizaya göndərilib”- Qasımov bildirib.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























