Respublika Neyrocərahiyyə Xəstəxanasının baş həkimi işdən çıxıb

Respublika Neyrocərahiyyə Xəstəxanasının baş həkimi Fərid Təqdirov işdən çıxıb. Bu barədə o, özü rəsmi feysbuk səhifəsində paylaşım edib.
"İki ilə yaxın Respublika Neyrocərahiyyə Xəstəxanasının baş həkimi vəzifəsində çalışdım. Bu şans və etimad üçün bütün TƏBİB və İTSDA rəhbərliyinə təşəkkürümü bildirirəm. Daha çox praktik cərrahiyyə ilə məşğul olmaq üçün istefa verdim. Bütün xəstəxananın kollektivinə uğurlar arzulayıram və mənimlə bu müddət ərzində işlədiklərinə görə minnətdarlığımı bildirirəm",- Təqdirov paylaşımda deyib.
Fərid Təqdirov 1996-2002-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil almış, 2002-2003-cü illərdə Respublika Neyrocərrahiyyə Xəstəxanasında neyrocərrahiyyə ixtisası üzrə internatura keçib.
İlk əmək fəaliyyətinə Respublika Neyrocərrahiyyə Xəstəxanasında neyrocərrah kimi başlamış, daha sonra Füzuli rayonu N-saylı Tibb Taborunda, Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Tibbi Baş İdarəsinin Hospitalında və müxtəlif özəl tibb müəssisələrində neyrocərrah kimi fəaliyyət göstərib.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























