• $
  • €
  • ₽
  • ₺
  • £

İtaliya Prezidenti Azərbaycan liderinə məktub ünvanlayıb

İtaliya Prezidenti Azərbaycan liderinə məktub ünvanlayıb
16.06.2022 23:30
İtaliya Respublikasının Prezidenti Sercio Mattarella iyunun 16-da "Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən IX Qlobal Bakı Forumu ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

məktubda deyilir/

"IX Qlobal Bakı Forumunda iştirak etməyim barədə Sizin dəvət məktubunuzu aldım.

Təəssüf hissi ilə Sizə bildirməliyəm ki, qrafikimdə olan institusional öhdəliklər səbəbindən bu tədbirdə iştirak edə bilməyəcəyəm.

Mən əminəm ki, builki Forum da faydalı fikir mübadiləsi üçün imkan yaradacaq. Seçdiyiniz mövzu - "Qlobal dünya nizamına təhdidlər” bu niyyətin ifadəsidir.
Pandemiyanın iqtisadi və sosial təsirləri, həmçinin Rusiyanın Ukraynaya qarşı təcavüzünün dəhşətli nəticələri ilə hazırkı kontekst tələb edir ki, biz xalqlar arasında dialoq və əməkdaşlıq dəyərlərini daha böyük əzmlə təbliğ etmək məsuliyyətini öz üzərimizə götürək.

Beynəlxalq nizamın getdikcə pozulması riski ilə yanaşı, imperializm və militarizm təhlükəsinin yenidən meydana çıxması fonunda Bakıda keçirilən bu tədbir kimi təşəbbüslər daha da böyük əhəmiyyət kəsb edir. Bu təşəbbüslər müxtəlifliyə hörmət, digər mədəniyyətlərlə sistemli qarşılıqlı əlaqə və digərlərinin mühüm ləyaqətinin eyni dərəcədə tanınmasına əsaslanır ki, bunlar da dünyada sülh və sabitliyin təmin olunmasının əsas elementləridir.

Fəaliyyətinizə dərin ehtiramımı bildirməklə mən Qlobal Bakı Forumunun işinə səmimi-qəlbdən uğurlar diləyir və Sizə ən xoş arzularımı çatdırıram".

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol