• $
  • €
  • ₽
  • ₺
  • £

Bu il Bakı Limanında 21 mindən çox konteyner aşırılıb

Bu il Bakı Limanında 21 mindən çox konteyner aşırılıb
16.06.2022 19:30
2022-ci ilin ilk beş ayı ərzində Bakı Limanı vasitəsi ilə 21 046 ədəd konteyner (TEU ekvivalentində) aşırılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 22,1 %-lik artım deməkdir.

Bu barədə jurnalistlərə açıqlamasında "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin mətbuat katibi Elmar Həbibli deyib.

Onun sözlərinə görə, ilin sonuna kimi bu göstəricilərin artan xətlə davam edəcəyi proqnozlaşdırılır: "Bununla yanaşı bu ilin ilk beş ayı ərzində Bakı Limanı vasitəsi ilə quru yükün daşınmasında 23,7 %-lik, vaqon daşınmasında 18,9 %-lik, təkərli texnikaların daşınmasında isə 15,9 %-lik artım qeydə alınıb. Hər il olduğu kimi bu ilin sonunda da limanın illik yük aşırma göstəricisinin müsbət olacağı proqnozlaşdırılır".

E.Həbibli bildirib ki, bu il ərzində Çinin müxtəlif istiqamətlərindən Avropa şəhərlərinə göndərilən bir neçə blok qatarı Azərbaycandan keçməklə Bakı Limanı vasitəsilə daşınıb.

"Limanın müasir texniki imkanları və peşəkar kadrları sayəsində bu yüklərin operativ qaydada qəbul edilməsi və yola salınması əməliyyatı icra edilir və bu da yük sahibləri üçün Azərbaycandan keçən beynəlxalq nəqliyyat dəhlizlərinin daha da cəlbedici olmasına böyük töhfə verir.

Xüsusi ilə də qlobal logistikada təchizat zəncirinin əsas halqalarından hesab edilən konteyner daşımaçılığında hər il artım qeydə alınır ki, bu rəqəmlər Bakı Limanının statistik göstəricilərində də öz əksini tapır".

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol