Yüksək Texnologiyalar Parkının yeni rezidenti fəaliyyətə başlayıb

AMEA Yüksək Texnologiyalar Parkının (YTP) rezidenti olan "Proline Chemicals” MMC texnoparkda müəssisə üçün nəzərdə tutulan ərazidə istehsalat prosesinə başlayıb.
Müəssisə mikro- və makrosilikon emulsiyalarından istifadə olunmaqla müxtəlif bərk səthlər üzərində nano-hissəciklərdən ibarət hidrofob və antistatik qoruyucu təbəqə yaradan vasitələrin istehsalı ilə məşğul olur.
Belə ki, "Proline Chemicals” MMC-də avtomobil texniki mayeləri, avtomobil kimyası, avtomobil qulluq vasitələri, avtomobil kosmetikası, sənaye-kimyəvi vasitələri, məişət kimyası üçün yüksək keyfiyyətli yuyucu və təmizləyici vasitələr, otel biznesi və çamaşırxanalar üçün yuyucu, təmizləyici və dezinfeksiyaedici vasitələrin istehsalı həyata keçirilir.
"Proline Chemicals” MMC mövcud istehsal bazası əsasında AMEA YTP ərazisində icra etdiyi layihə üzrə istehsal üçün tələb olunan bütün lazımi mühəndis-kommunikasiya xətləri ilə təmin olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























