• $
  • €
  • ₽
  • ₺
  • £

Sabirabadda 4 yaşlı qız faciəli şəkildə ölüb - Qardaşı Bakıya gətirilib - YENİLƏNDİ

Sabirabadda 4 yaşlı qız faciəli şəkildə ölüb - Qardaşı Bakıya gətirilib - YENİLƏNDİ
17.06.2022 09:55
Dünən Sabirabadda bir azyaşlının vəfatı, digərinin isə ağır vəziyyətdə Bakıya çatdırılması ilə nəticələnən zəhərlənmə hadisəsinin təfərrüatları üzə çıxıb.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Şıxlar kəndində Fəxrəddin Rzayevə məxsus evdə baş verib. Belə ki, qonşuluqda yaşayan 1966-cı il təvəllüdlü Səkinə Rzayeva nəvələri: 2008-ci il təvəllüdlü Əhmədzadə Zəhra Emin qızı və 2011-ci il təvəllüdlü Elmar ilə qardaşı Fəxrəddinin evinə təmizlik işləri görməyə gedib. Qadın yaşayış olmayan qardaşı evində təmizlik işləri görərkən nəzarətsiz qalmış uşaqlar evdə olan su qabındakı mayeni içiblər. Az sonra uşaqların ikisinin də səhhəti kəskin pisləşib və onlar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Lakin 14 yaşlı Zəhra dünyasını dəyişib, 11 yaşlı Elmar isə ağır vəziyyətdə Bakıya – Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Hazırda Elmar Əhmədzadənin vəziyyətinin normallaşdığı bildirilir.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.
----------------------------------
Sabirabad rayonunun Şıxlar kəndində iki azyaşlı bacı-qardaş zəhərlənib. Onlardan birinin həyatını xilas etmək mümkün olmayıb. Bu barədə Qafqazinfo APA informasiya agentliyinə istinadən  məlumat yayıb. Hər iki media məlumatın mənbəyini xəbərdə göstərməyib. 
 
Agentliyə görə, ölümə səbəb  uşaqların bitkilər üçün nəzərdə tutulan kimyəvi maddə qəbul etməsi olub. 

Hadisədən sonra iki uşaqdan biri 2018-ci il təvəllüdlü Zəhra Əhmədzadə dərhal zəhərlənərək ölüb. Figər uşaq  2015-ci il təvəllüdlü Elmir Əhmədzadə isə  Bakıya çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol