• $
  • €
  • ₽
  • ₺
  • £

Qazaxıstandan Azərbaycana taxıl tədarükü 6 dəfə artıb

Qazaxıstandan Azərbaycana taxıl tədarükü 6 dəfə artıb
17.06.2022 19:00
Bu ilin yanvar-may aylarında Qazaxıstan ("Qazaxıstan Dəmir Yolları” QSC) və Azərbaycan ("Azərbaycan Dəmir Yolları” QSC) arasında dəmir yolu daşımaları 1 milyon 388,1 min tona çatıb.


"Report” bu barədə "Qazaxıstan Dəmir Yolları”nın məlumatına istinadən xəbər verir.


Məlumata görə, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 1 milyon 88,8 min ton və ya 4,6 dəfə (364 %) çoxdur.


Artım, əsasən taxıl daşınması (128,3 min ton və ya 6,1 dəfə çox) hesabına formalaşıb. Bununla yanaşı, iki ölkə arasında neft məhsullarının və qara metalların daşınması 884,6 min ton və ya 13,5 dəfə, kimya və soda daşınması 72,8 min ton və ya 115 % artıb. Tranzit daşımalarında ərzaq mallarının artımı 3,1 min ton və ya 2 % artıb.


Azərbaycan Aqrar Tədqiqatlar Mərkəzinin məlumatına görə, 2022-ci ilin yanvar-may aylarında Qazaxıstandan Azərbaycana 49,1 milyon ABŞ dolları dəyərində 146,9 min ton taxıl idxal edilib. Bu isə, 2020-ci ilin eyni dövrü ilə müqayisədə (6 300 ton) idxalın həcmi 23,3 dəfə, dəyər baxımından isə təxminən 29 dəfə çoxdur.


Qazaxıstan taxılının Azərbaycanın idxalında payı isə 41,1 % təşkil edib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol