Yay məktəbində siniflər necə təşkil olunacaq?

Ümumi təhsil müəssisəsində yay məktəbi hər sinif üzrə minimum 3 nəfər şagird
olmaqla təşkil olunacaq. Sinif (və ya siniflər) üzrə 3 nəfərdən az şagird olduqda,
paralel və ya yaxın (I və II, V və VI, VII və VIII və s.) siniflər birləşdiriləcək. Bunu "Təhsil masasında'' Təhsil Nazirliyinin Qiymətləndirmə sektorunun müdiri Anar Mirzəzadə deyib.
Yay məktəbində I-IV siniflərdə tədris həftədə 5 dəfə gündə 3 saat olmaqla, V-X
siniflərdə tədris həftədə 5 dəfə gündə 3-4 saat olmaqla təşkil olunur.
"I-IV siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənlərinə verilir. Bu
siniflər üzrə təşkil olunmuş qruplarda oyun əsaslı öyrənməyə üstünlük verilir,
sosial-emosional inkişafı dəstəkləyən təlim metodlarından istifadə olunur. V-X
siniflərdə fənn müəllimlərinin həftəlik dərs yükünü aşmamaq şərtilə məşğələlər
tədris dili, riyaziyyat, xarici dil fənləri və ümumi təhsil müəssisəsinin
rəhbərliyinin qərarı ilə digər 3 fənnə verilir", sektor müdiri bildirib.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























