Ağcəbədi şəhərində yenilənmiş “Nar” mağazası fəaliyyətə başladı

Azərbaycanın bölgələrinə xüsusi
diqqətilə seçilən "Nar”ın növbəti mağazası Ağcəbədi şəhərində xidmətə başladı.
Yeni konsepsiyalı mağazada müştərilər "Nar” xidmətlərinə daha rahat qoşula və
müxtəlif abunə əməliyyatlarını həyata keçirə bilir.
Müştəri yönümlü biznes siyasətindən
çıxış edərək, "Nar” bütün ölkə boyunca mağazalarını yeniləyir və yeni mağazalar
istifadəyə verir. Bu mağazalarda yalnız abunə xidmətləri göstərilmir, eləcə də
telefon və aksesuar satışı həyata keçirilir. Vahid konsepsiya ilə yenilənən
"Nar” mağazaları harada olmasından asılı olmayaraq hər ziyarətçiyə eyni
proseduru və sorğu cavablandırmasını təqdim edir.
Ötən ildən başlayan
mağazaların yenilənmə prosesi 2022-ci ildə də davam edəcək. Yenilənəcək
mağazaların mütləq əksəriyyəti bölgələri əhatə edir.




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























