• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycana meymunçiçəyi ilə bağlı testlər və dərmanlar gətiriləcək - RƏSMİ

Azərbaycana meymunçiçəyi ilə bağlı testlər və dərmanlar gətiriləcək - RƏSMİ
17.06.2022 12:51
Azərbaycana meymunçiçəyi ilə bağlı testlər və dərmanlar gətiriləcək. Bunu "Report”a açıqlamasında səhiyyə naziri Teymur Musayev bildirib.

Onun sözlərinə görə, Azərbaycan səhiyyəsi istənilən epidemik və pandemik çağırışlara cavab verməyə hazırdır.
 
"Meymunçiçəyi ilə əlaqədar bütün lazımi qabaqlayıcı tədbirlər görülüb. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən ölkəmizə bu günlərdə testlər gətiriləcək. Eyni zamanda meymunçiçəyinin müalicəsi üçün lazım olan və qeydiyyatdan keçmiş bütün dərman preparatları çox qısa müddətdə ölkəmizə gətiriləcək”,- nazir deyib.
 
Dünyada «Covid»dən sonra növbəti təhlükəli virus yayılmağa başlayıb.

Artıq Avropa və Abş-da «Meymun çiçəyi» virusu qeydə alınıb, indiyədək adətən Afrika ölkələrində yayılan bu virus Avropanın iri ölkələrində yayılmaqdadır.
 
Mərkəzi və Qərbi Afrikada meymundan insana keçən endemik virusun səbəb olduğu bu nadir xəstəlik Avropada ilk dəfə mayın əvvəlində aşkarlanıb.

İspaniya (23 nəfər), Britaniya (9 nəfər), İtaliya (hələlik 1 nəfər), Portuqaliya (15 nəfər) və sair ölkələrdə virusun ilkin daşıyıcıları aşkar edilib.

İtaliyada virus tapılan adamın Romaya İspaniyanın Kanar adalarından gəldiyi məlum olub. İtaliyanın Ali Səhiyyə İnstitutu ölkədə meymun çiçəyi virusu ilə bağlı vəziyyətə nəzarət etmək üçün mütəxəssislərdən ibarət xüsusi əməliyyat qrupu yaradıb. Səhiyyə Nazirliyi isə bu xəstəliklə bağlı bölgələrdəki yerli səhiyyə orqanlarına xəbərdarlıq məktubu göndərib.

Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyi virusa yoluxanlardan birinin paytaxt Londonda, digərlərinin isə ölkənin cənub-şərqində aşkarlandığını açıqlayıb.

İspaniya və Portuqaliyada Səhiyyə nazirlikləri də meymun çiçəyi virusuna yoluxma halları ilə bağlı tədbirlər görməyə başlayıb. İspaniyanın paytaxtı Madriddə 8, Portuqaliyanın paytaxtı Lissabonda isə 5 nəfərdə Mərkəzi və Qərbi Afrikada meymundan insana keçən endemik virusun yaratdığı nadir xəstəlik olan meymun çiçəyinin aşkarlandığı açıqlanıb.

"Meymun çiçəyi” Afrikada yayılan nadir virusdur, bəzi xüsusiyyətləri «çiçək» xəstəliyinə bənzədiyinə görə belə adlanır. İlk əlamətləri Covid-i xatırladır - qızdırma, başağrısı, əzələ ağrıları, bel ağrısı, limfa düyünlərinin şişməsi, titrəmə və yorğunluq.

Paralel olaraq adətən üzdən başlayan və daha sonra bədənin digər hissələrinə, xüsusən də əllərə və ayaqlara yayılan sulu şişlik və səpgilər meydana gəlir, onlar güclü qaşınma verir və yaraya çevrilə bilir.

"Meymun çiçəyi” virusu insanlara birbaşa təmasla və ya hava yolu ilə keçə bilər. Covid-də olduğu kimi, burada da tənəffüs yolları, gözlər, burun və ya ağız virusu qəbul edə bilər.

İndiyədək olan məlumatlara görə, «Meymun virus»u qorxulu deyil və ölümə səbəb olmur, amma əvvəlki illərdə bu xəstəliyin Afrikada ölümlərə səbəb olması faktları var.

Virus ilk dəfə meymunda aşkar edilib. 1970-ci ildən bəri 10 Afrika ölkəsində epidemiyalar baş verib.

Afrikadan kənarda ilk hal 2003-cü ildə ABŞ-da baş verən epidemiya ilə qeydə alınıb. Xəstəlik insanlara çöl itlərindən keçib. Ümumilikdə 81 yoluxma qeydə alınıb ki, bu halların heç biri ölümlə nəticələnməyib.

2017-ci ildə Nigeriya, ölkədə rəsmi olaraq qeydə alınan sonuncu meymun epidemiyasından təxminən 40 il sonra ən böyük epidemiyasını yaşadı. "Meymun çiçəyi”nə şübhəli 172 hadisə qeydə alınıb, xəstələrin 75 faizi 21-40 yaş arası kişilər olub.

2021-ci ildə isə Konqoda bu xəstəlikdən 24 nəfər dünyasını dəyişib.

"Meymun çiçəyi”nin müalicəsi yoxdur, lakin yoluxmanın qarşısını almaqla epidemiyanın qarşısını almaq olar.

Çiçək xəstəliyinə qarşı peyvənd "Meymun çiçəyi” xəstəliyinin qarşısını 85% alır.
 
Gülnar

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol