• $
  • €
  • ₽
  • ₺
  • £

AZAL 5-ci dəfə mükafata layiq görüldü

AZAL 5-ci dəfə mükafata layiq görüldü
17.06.2022 14:30
Heydər Əliyev Beynəlxalq Aeroportu  Mərkəzi Asiya və MDB üzrə ardıcıl olaraq beşinci dəfədir ki, ən yaxşı hava limanları reytinqinə başçılıq edir. Bu barədə AZAL-ın rəsmi saytında məlumat yerləşdirilib.

AZAL növbəti dəfə nüfuzlu "Skytrax” beynəlxalq agentliyinin qiymərləndirməsinə görə World Airport Awards 2022 "Mərkəzi Asiya  və MDB üzrə ən yaxşı hava limanı” mükafatına layiq görülmüşdür. Hava limanları üçün bu mükafat sənayenin keyfiyyət etalonudur.

Həmçinin bu il ilk dəfə olaraq Bakı hava limanı daha bir mühüm nominasiyada – "Mərkəzi Asiya və MDB üzrə ən yaxşı hava limanı heyəti” nominasiyasında qalib olub.

"Biz şadıq ki,  Heydər Əliyev Beynəlxalq Aeroportunda sərşinlərə göstərilən yüksək səviyyəli xidmət növbəti dəfə ən yüksək qiymətə layiq görülüb. Təqdim edilən mükafatlar bir daha Azərbaycanın aviasiya sənayesinin inkişafına göstərdiyimiz xidmət və töhfələrimizin xarici həmkarlarımız tərəfindən təsdiq olunduğunu sübut edir”, - deyə AZAL prezidenti  Cahangir Əsgərov bildirib.

2022-ci il üçün Skytrax mükafatları dünyanın 100-dən çox ölkəsində 2021-ci ildən 2022-ci ilədək 8 ay ərzində keçirilən World Airport Survey sorğusuna əsaslanır. Sorğu zamanı hava limanlarında sərnişinlərə göstərilən xidmətin və hava limanı xidmətlərinin keyfiyyəti qiymətləndirilib.

Bu xidmətlər sırasında əsas səmərəlilik göstəriciləri üzrə sərnişinlərin qeydiyyatı, gəlmə və transfer zonaları, təhlükəsizliyə nəzarət, alış-veriş, pasport nəzarəti və uçuş prosedurları əsas meyar kimi seçilir.

"Skytrax”ın World Airport Awards mükafatı beynəlxalq mülki aviasiyada ən nüfuzlu mükafatlardan biridir.

Hava limanlarının reytinqi xidmət keyfiyyətinin qiymətləndirilməsinin tədqiqi vasitəsilə formalaşır, hava limanları çoxsaylı meyarlar əsasında qiymətləndirilir.

Yoxlama və təqdim olunan mükafat hava limanının nəzarətindən və ya müdaxiləsindən asılı deyil və, nəticə etibarilə, hava limanının üstünlüyünün və keyfiyyətinin obyektiv qiymətləndirilməsini təmin edir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol