• $
  • €
  • ₽
  • ₺
  • £

Erməni radikallar Parisdə təxribat törətdi - Azərbaycanlı yaralandı - Video

Erməni radikallar Parisdə təxribat törətdi - Azərbaycanlı yaralandı - Video
17.06.2022 17:54
İyunun 16-da Parisdə Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzində ERE televiziya kanalının Qarabağ və Şuşa şəhərindən hazırladığı "Qarabağa gedən yol” adlı sənədli filminin təqdimatı keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, filmdə 30 il əvvəl Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Ermənistanın hərbi təcavüzü ilə üzləşməsindən, Birinci və İkinci Qarabağ müharibələrindən bəhs olunub. Erməni işğalı dövründə Azərbaycan ərazilərinin viran edilməsi, şəhərlərin, kəndlərin və bütün infrastrukturun dağıdıldığı nümayiş olunub.

Ağdamın "Qafqazın Xirosiması” adlandırıldığı qeyd edilərək, məsciddə heyvanlar saxlanıldığı göstərilib, Azərbaycan Ordusunun Zəfərindən sonra Şuşada, eləcə də digər azad edilmiş Azərbaycan rayonlarında aparılan quruculuq işləri də nümayiş olunub.

Mərasim zamanı FRA Nor Seround adlı təxribatçı erməni təşkilatının daşnak gəncləri Mərkəzə hücum edib. Nəticədə tədbirin iştirakçısı, uzun illərdir Fransada yaşayan azərbaycanlı Aytən Muradova xəsarət alıb.

Bu hadisə Fransada və dünyanın digər ölkələrində yaşayan azərbaycanlıların və Azərbaycan diaspor təşkilatlarının kəskin narahatlığına səbəb olub. Xoşagəlməz olayın Fransa kimi demokratik prinsiplərə, insan haqları və təhlükəsiz yaşamaq kimi ali dəyərlərə sahib bir ölkədə baş verməsi isə ikiqat təəssüf doğurur. Çünki keçirilən tədbirlərdə bu kimi halların baş verməsi azərbaycanlıların bu ölkədə rahat və təhlükəsiz yaşamaq kimi əsas hüquqlarını sual altına qoyur.

Parisin mərkəzində belə bir hadisənin baş verməsindən təəssüf hissi keçirir, hadisəni törədənlərin əməllərinin Fransa qanunları və beynəlxalq hüquqa uyğun şəkildə qiymətləndiriləcəyinə ümid edirik.
 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol