Metro istifadəçilərinin sayı artıb

2022-ci il yanvar-mayında "Bakı Metropoliteni" ötən illə müqqayisədə 230,6 dəfə artaraq 81 648,1 min sərnişin daşıyıb. Bu barədə Dövlət Statistika Komitəsinin rəsmi saytı məlumat yayıb.
2021-ci ilin yanvar-mayı ərzində metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 354 min nəfər olub.
Metropoliten stansiyaları saat 6:00-dan 00:00-dək sərnişinlərin girişinə açıq olur.
2015-ci il avqustun 8-dən Bakı metropolitenində gediş haqqının ödənilməsi "BakıKart" sistemi ilə həyata keçirilir. Həm də həmin gündən ilk dəfə şəhər ictimai sərnişindaşıma sahəsində iki fərqli nəqliyyat sisteminin inteqrasiya olunmuş ödəniş sisteminin tətbiqinə başlanılır. Tarif (qiymət) Şurasının 2018-ci ilin 30 iyul tarixində keçirilən iclasında 2018-ci il avqustun 1-dən 1 gediş üçün 30 qəpik müəyyən olunub. 2021-ci ildə Azərbaycanda metro nəqliyyatı ilə (Bakı metropoliteni – red.) sərnişin daşınmasından 26 154,4 min manat gəlir əldə edilib, bu da illik müqayisədə 21% çoxdur. 2020-ci ildə sözügedən göstərici 21 623,1 min manat səviyyəsində olub. Hesabat dövründə metro nəqliyyatının xidmətlərindən istifadə edən sərnişinlərin sayı 90 232,4 min olub, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 20,8 çoxdur.

Bakıda metropolitendə xətlərinin uzunluğu 36,6 kilometrə, sayı 3-ə, stansiyalarının sayı isə 25-ə bərabərdir. Hazırda Bakı metropolitenində konseptual inkişaf proqramına uyğun olaraq, tikinti işləri davam etdirilir. Dövlət Proqramına əsasən, 2030-cu ildə paytaxtın yeraltı yollarının ümumi uzunluğu 119,1 km, stansiyalarının sayı isə 76-ya çatacaq.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib