Uşaq musiqi məktəblərinə işə qəbul imtahanının vaxtı açıqlanıb

Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu imtahanı 2022-ci il avqustun 7-də keçiriləcək. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
İmtahanlarda iştirak etmək üçün qeydiyyat xidməti göstərilən tarixlərdə aktiv olacaq.
www.anews.az
İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı Dövlət İmtahan Mərkəzinin internet saytında 18 iyul saat 09:00-dan 28 iyul saat 17:00-dək həyata keçiriləcək.
İyulun 17-də işə qəbul olmaq istəyən namizədlər üçün sınaq imtahanı da keçiriləcək. Namizədlərin sınaq imtahanı üçün qeydiyyatı Dövlət İmtahan Mərkəzinin internet saytında 20 iyun saat 09:00-dan 7 iyul saat 17:00-dək həyata keçiriləcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























