Polisə xəsarət yetirən ata və oğuldan XƏBƏR VAR

Lerikdə axtarışda olan şəxs saxlanılarkən oğlu ilə birgə polisə xəsarət yetirib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov açıqlama verib.
O bildirib ki, iyunun 17-si saat 12 radələrində Lerik rayonunun Zərdəbərə kəndində cinayət məcəlləsinin 128-ci maddəsi ilə axtarışda olan kənd sakini Vaqif Əliyev polis əməkdaşları tərəfindən saxlanılarkən o, və yanında olan oğlu Ruslan tabesizlik göstərib, yaba ilə onlardan birinə xəsarət yetiriblər.
Buna baxmayaraq, polis əməkdaşları tərəfindən Əliyev saxlanılıb, oğlu Ruslan hadisə yerindən qaçsa da, tutulması təmin edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























