• $
  • €
  • ₽
  • ₺
  • £

Mübariz İbrahimovun məzarı ziyarət edilib

Mübariz İbrahimovun məzarı ziyarət edilib
18.06.2022 13:55
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəhid olmasının ildönümü ilə əlaqədar hərbi qulluqçular onun məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüblər. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

"Anma mərasimində polkovnik Elşad Əbilov Azərbaycanın tarixən öz qəhrəmanları ilə seçildiyini qeyd edərək Milli Qəhrəmanın göstərdiyi şücaət və qəhrəmanlıqdan danışıb. Vətən yolunda canından keçərək gənclərə örnək olacaq bir addım atan qəhrəmanımızın vətənpərvərlik və mübarizlik hissinin yüksək olduğu diqqətə çatdırılıb. Mübariz İbrahimovun göstərdiyi rəşadətin Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyi xüsusi vurğulanıb. Mərasimdə Vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş bütün şəhidlərin xatirələri sükutla yad edilib, məzarları üzərinə tər güllər düzülüb", - məlumatda yazılıb.

Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci ildə fevral ayının 7-də Biləsuvar rayonu, Əliabad kəndində anadan olmuşdur. 1994-2005-ci illər ərzində orta təhsilini Əliabad kəndində başa vurduqdan sonra hərbi xidmətə yollanmışdır. Daxili Qoşunların "N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə xidmət edən İbrahimov 2007-ci ildə çavuş rütbəsində hərbi xidməti başa vurub. O, 2009-cu ildə yenidən öz istəyi ilə cəbhə bölgəsində gizir rütbəsində xidmət göstərməyə başlamışdır. 2010-cu ildə saat 23:30 radələrində heç kimə xəbər vermədən gedən Mübariz İbrahimov arxasında "Şəhid olsam, üzülməyin. Vətən sağ olsun” yazılı bir məktub buraxdı. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilmədən birinci həmlədə məhv edir, sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşür və səhər saatlarında qeyri-bərabər döyüşdə şəhid olur.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol