Şəmkirdə ölən iş adamı ilə bağlı iddialara - DİN-dən cavab

Şəmkirdə iş adamı Arzu Cabbarovun ölümü ilə bağlı müxtəlif iddialar səsləndirilib. Belə ki, mərhumun ailəsi Arzu Cabbarovun polis tərəfindən təşkil edilmiş ssenariyə uyğun saxlanıldığını və Şəmkir Rayon Polis Şöbəsində döyülməsi nəticəsində öldüyünü iddia ediblər.
Çünki ailə istəyir ki, Şəmkir rayonunda mərhum barədə yayılan qeyri-etik məzmunlu faktları ört-basdır etsin, ölümün səbəbkarı kimi Şəmkir RPŞ əməkdaşlarını göstərsin. Ancaq bu uydurma iddialar həqiqətin üstündən xətt çəkmək gücündə deyil, istintaqda əsaslı sübutlar var. Yusifovanın evində baş verən münaqişədə qapı şüşəsinin sınmasından xəsarət alan şəxsin həmin gecə qadın tərəfindən hansı məqsədlə evə çağırılması faktı, eləcə də, mərhumun "Viagra” dərmanından istifadə etməsi bütün suallara cavabdır”, - o söyləyib.
DİN rəsmisi vurğulayıb ki, Yusifovanın ona təzyiq olunması və cinayət işi açılmasını ilə bağlı iddialarına gəlincə, onun dələduzluq əməlləri ilə bağlı 5-dən artıq epizod üzrə cinayət faktı var və istintaq gedir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























