• $
  • €
  • ₽
  • ₺
  • £

İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı müzakirə edilib

İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı müzakirə edilib
18.06.2022 15:40
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında fəaliyyət göstərən İctimai Şuranın növbəti iclası olub. İclasın məqsədi işğaldan azad edilmiş ərazilər üzrə Komitənin sifarişi ilə hazırlanan əsas ərazi planlaşdırma sənədlərinin hazırlanmasında ictimaiyyət və yerli peşəkar dairələrin fəal iştirakını təmin etməkdir.  Bu barədə Komitə məlumat yayıb.

İclas çərçivəsində Komitə rəsmiləri tərəfindən İşğaldan Azad Edilmiş Ərazilərin Ümumi Planı, ayrı-ayrı şəhərlərin baş planları təqdim edilib, müvafiq şəhərsalma həlləri ətraflı müzakirə olunub. 

"Növbəti 20 illik dövrü əhatə edən bu planların hazırlanması zamanı regionda müasir tələblərə cavab verən yeni infrastrukturun qurulması, şəhərlərə tezliklə qayıdacaq əhalinin yüksək yaşayış standartlarının, təhlükəsizliyinin, iş imkanlarının və yaşayış məntəqələrinin dayanıqlı inkişafının təmin olunması prioritet götürülüb, aparıcı dünya təcrübəsi öyrənilərək tətbiq edilib, "yaşıl” enerji, "ağıllı” şəhər və bir çox digər müasir şəhərsalma yanaşmaları tətbiq olunub. İclas iştirakçıları təqdim olunmuş layihələrin qısa müddət ərzində peşəkarlıqla hazırlandığından məmnunluğunu ifadə edib, ayrı-ayrı şəhərsalma həlləri ilə bağlı rəy və təkliflərini səsləndiriblər, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, verilən tövsiyələr qeydə alınıb", - qurumdan bildirilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında İctimai Şura 22 sentyabr 2021-ci il tarixində fəaliyyətə başlayıb. Şura Dövlət Komitəsinin fəaliyyət istiqamətləri üzrə normativ-hüquqi aktların işlənməsinin dəstəklənməsi, şəhərsalma və memarlıq sahələrində ictimai nəzarətin təşkilini, vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin edir.

Komitə yanında İctimai Şuranın memarlıq həllərində müasir yanaşmaların tətbiqi, sifarişçilərlə əməkdaşlığın səmərəliliyinin artırılması, şəhərsalma proseslərinin rəqamsallaşdırılması və sair aktual mövzulara həsr olunmuş əvvəlki iclasları da daxil olmaqla hazırkı iclası sayca beşincidir.



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol