• $
  • €
  • ₽
  • ₺
  • £

Qətlə yetirilən Orxan qazi imiş...-TƏFƏRRÜAT -Yenilənib

Qətlə yetirilən Orxan qazi imiş...-TƏFƏRRÜAT -Yenilənib
19.06.2022 15:58
 İyunun 15-də Şabranda qazi Orxan Əliyevin qətlə yetirilməsi ilə bağlı bəzi təfərrüatlar üzə çıxıb. 
 
Modern.az-ın əldə etdiyi məlumata görə, 25 yaşlı Orxan Əliyevi öldürməkdə təqsirli bilinən 2001-ci il təvəllüdlü Teymur Cəfərzadə vaxtilə onun dostu olub.
 
Dostların münasibəti ikisinin də eyni qızı sevməsindən sonra pozulub.
Hadisə barədə Modern.az-a danışan Teymur Cəfərzadənin atası Mübarək Cəfərzadə cinayətin baş verməsində həmin qızın günahkar olduğunu bildirib.  
 
"Orxanla Teymur möhkəm dost idilər. Marketdə işləyirdilər. Aralarında qıza görə mübahisə olub. Əvvəllər o qızla Teymur sevgili olub, razılığımız olmadığına görə, ayrılmışdılar. Sonra qız Orxanla nişanlandı. Buna baxmayaraq, qız Teymurdan əl çəkmirdi, davamlı mesajlar yazaraq, oğlumdan onu qaçırmasını istəyirdi. Teymur da dostuna nişanlısının ona mesajlar yazdığını deyib və həmin mesajları göstərib".
 
Mübarək Cəfərzadənin dediyinə görə, hadisədən 10 gün öncə Orxanla Teymur söz-söhbətə son qoyaraq barışıblarmış:
 
"Orxan nişanı qaytarmaq istəyəndə qız onun iş yerinə gələrək yalvarıb, atası və qardaşından qorxduğunu deyib.
Hadisədən iki gün öncəyə qədər onların arasında heç bir problem olmayıb, Orxan Sumqayıta işləməyə gedəndə qız da onun arxasınca gedib. Orada nə danışıblarsa, yenidən Teymurla aralarında mübahisə düşüb. Oğlumla görüşüblər, sonra bu hadisə baş verib. Teymuru özüm aparıb polisə təslim etdim. Bir qıza görə iki ailə pis vəziyyətə qaldı, çox üzgünəm, kaş belə hadisə olmayaydı". 
 
Hazırda qətllə bağlı araşdırma aparılır

 
 --------
İyunun 15-də Şabranda qətlə yetirilən Orxan Əliyevin Vətən müharibəsi qazisi olduğu müəyyənləşib.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 2001-ci il təvəllüdlü Teymur Cəfərzadə tərəfindən bıçaqlanaraq qətlə yetirilən 1997-ci il təvəllüdlü Orxan Əliyev nişanlı olub.

Mərhum Vətən müharibəsində iştirakına görə, "Laçının azad olunmasına görə” medalı ilə təltif olunub.

Hadisəni törədən Teymur Cəfərzadə şübhəli şəxs qismində tutulub. İstintaq tədbirləri davam etdirilir


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol