• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda müəllimlərə qadağa qoyuldu - QƏRAR

Azərbaycanda müəllimlərə qadağa qoyuldu - QƏRAR
22.04.2014 16:00
Azərbaycanda xarici ölkələrdə təhsil almış müəllimlərin bəzi fənləri tədris etməsi qadağan olunub.APA-nın xəbərinə görə, təhsil nazirinin əmri ilə təsdiq olunan Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu qaydalarında qeyd olunub ki, ümumtəhsil məktəblərinin tədris planında “İctimai fənlər” bölmələrində nəzərdə tutulan fənlərin tədris edilməsi üçün xarici ölkələrdə təhsil almış müəllimlərin saathesabı, əvəzçilik qaydasında və ya müvəqqəti əmək müqaviləsi ilə işə qəbulu qadağandır.Bildirilib ki, müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatdıqdan sonra vakant qalan, eləcə də dərs ili ərzində yaranan vakant yerlərə daimi işçi qəbul olunanadək, saathesabı və ya əvəzçilik qaydasında əmək müqaviləsi bağlanılmaqla, digər təhsil müəssisələrindən ixtisaslı müəllimlərin işə qəbuluna icazə verilir. Təhsil Nazirliyi sisteminə daxil olan müəssisələrə müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada üç mərhələli müsabiqə yolu ilə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə) elektron proqram təminatı tətbiq olunmaqla həyata keçirilir.Müsabiqənin birinci mərhələsində hər bir namizədin qiymətləndirməsi “Müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edən namizədlərin elektron ərizələri əsasında təhsil və nailiyyət göstəricilərinin qiymətləndirilməsi meyarları” əsasında elektron proqram təminatı vasitəsilə aparılır. Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsində test imtahanın keçirilməsi üçün Təhsil Nazirliyi tərəfindən müvafiq ixtisaslar üzrə işçi qrupları yaradılır və “Test bankı” hazırlanır. Müsabiqənin I və II mərhələləri üzrə qiymətləndirmənin yekununa uyğun topladığı ümumi bal və III mərhələsində iştirak barədə məlumat hər bir namizədin “Şəxsi səhifə”sinə göndərilir.Müsabiqənin yekun nəticələrinə əsasən işə qəbul edilən müəllimlər müəyyənləşdirildikdən sonra onların siyahısı nazirliyin internet saytında yerləşdirilir, müvafiq siyahılar göndərişlə aidiyyəti üzrə təhsili idarəetmə orqanlarına, nazirliyin birbaşa tabeliyində olan müəssisələrə göndərilir. Nazirliyin göndərişi əsasında təhsil müəssisəsinin rəhbəri ilə müəllim arasında əmək müqaviləsi bağlanılır və işə qəbul əmrlə rəsmiləşdirilir. Yerli təhsili idarəetmə orqanları müsabiqə nəticəsində vakant yerlərə, o cümlədən həvəsləndirmə tədbirləri tətbiq olunan yerlərə işə qəbul olunanların pedaqoji fəaliyyətə başlaması barədə məlumatı sentyabrın 30-dək Təhsil Nazirliyinə təqdim etməlidir. Kənd məktəblərinə işə qəbul üçün nəzərdə tutulmuş həvəsləndirmə tədbirləri ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və yaşı 35-dək olan gənc mütəxəssislərə şamil olunur.Müsabiqənin nəticələri ilə bağlı apelyasiya şikayətinə bütün ixtisaslar üzrə müsabiqə başa çatdıqdan sonra bir həftə ərzində baxılır.ANNET.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol