Sentyabrda Bakıda 4 yeni məktəb açılacaq - RƏSMİ

2022 ci ilin sentyabrından Bakı və ətraf ərazilərdə 4 yeni məktəb açılacaq. Bunu Bakı Şəhər Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva anews.az-a açıqlamasında deyib.
O, bildirib ki, bu proses şagird sıxlığının aradan qaldırılması üçün nəzərdə tutulub.
"Məktəblərin açılacağı ərazilər Binə qəsəbəsi, Türdəxana və Bakı ətrafı ərazilər nəzərdə tutulub. Eyni zamanda iki məktəb əsaslı təmir olunacaq"- müdir əlavə edib.
www.anews.az

Hazırda Azərbaycanda 4400 ümumtəhsil müəssisəsi var. Tədrisin rus dilində aparıldığı 340 məktəbdə 90 min şagird rus dilində təhsil alır. Bunlarla yanaşı ölkə üzrə ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərin bölmələr üzrə sayı: Azərbaycan bölməsi üzrə respublika üzrə 1.428.608 nəfər şagird, rus bölməsində 131.412 nəfər, gürcü dili bölməsi üzrə 1.114 nəfər, ingilis dili bölməsi üzrə 5.457, fransız dili bölməsi üzrə 130, türk dili bölməsi üzrə isə 295 nəfər şagird təhsil alır.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib