• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan bu il üçün səhiyyə xərclərini 80 mln manat azaldır

Azərbaycan bu il üçün səhiyyə xərclərini 80 mln manat azaldır
20.06.2022 12:14
Bu ilin dövlət büdcəsinin yenilənmiş proqnozlarına əsasən səhiyyə xərcləri 1 milyard 708,797 milyon manat səviyyəsində müəyyən edilib.

Bu barədə Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunan "Azərbaycanın 2022-ci il dövlət büdcəsi haqqında” yenilənmiş qanun layihəsində deyilir. Bu, təsdiq olunmuş büdcə proqnozu ilə müqayisədə 79,8 milyon manat və ya 4,5 % azdır.

Məlumata görə, yenilənmiş səhiyyə xərclərinin 1,804 milyon manatı (əvvəlki proqnozla müqayisədə 8,3 % və ya 139 min manat çox) poliklinikalar və ambulatoriyalara, 169,954 milyon manatı (1,2 milyon manat və ya 0,7 % az) xəstəxanalara, 2,591 milyon manatı (2 min manat və ya 0,08 % çox) səhiyyə sahəsində tətbiqi tədqiqatlarına, 1 milyard 534,449 milyon manatı (78,8 milyon manat və ya 4,9 % az) səhiyyə sahəsində proqramlar və digər xidmətlərə, 1 milyard 125,675 milyon manatı (dəyişməyib) isə əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanması xərcləri və səhiyyə sahəsində bir sıra dövlət proqramlarının və tədbirlərin maliyyə təminatı üzrə nəzərdə tutulub.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol