• $
  • €
  • ₽
  • ₺
  • £

Sahil Babayevdən qazilərin narazılığı barədə açıqlama

Sahil Babayevdən qazilərin narazılığı barədə açıqlama
20.06.2022 12:22
Şəhid ailələrinə, müharibə əlillərinə və müharibə iştirakçılarına dövlət dəstəyi nazirliyin fəaliyyətinin ana istiqamətidir.Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bir qrup qazinin narazılığına münasibət bildirərkən deyib.


O qeyd edib ki, qəbul edilən qərarlar şəhid ailələrinin, müharibə əlillərinin, müharibə iştirakçılarının sosial rifahının yaxşılaşdırılmasına yönəlib: "Birincisi, onlara ödənilən müavinət, təqaüd və pensiyaların həcmi ciddi şəkildə artırıldı. Bu, 60 faizdən çoxdur. İkincisi, onların böyük əksəriyyətinə proaktiv qaydada ödənişlər təyin edildi. Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Agentliyinin nümayəndələri qazilərin bir çoxunun evlərini ziyarət edərək, imkanlarını qiymətləndirib, onlara sosial ödənişlər və məşğulluqla bağlı xidmətlər göstərilib. Dövlət Tibbi Ekspertiza Komissiyasının həkimləri 6 mindən çox qazimizi xəstxanalarda, evlərində ziyarət edərək, onların tibbi vəziyyətlərini qiymətləndiriblər".


S.Babayev əlavə edib ki, ötən ilyarımlıq dövrdə 103 min müharibə iştirakçısına, müharibə əlilinə, şəhid ailəsinə 190 min xidmət göstərilib: "Orta hesabla hər ay 10 mindən çox xidmət göstərilib. Onların sosial ödənişləri təmin edilib. Onların sosial ödənişləri digər kateqoriyalarda olanlardan təqribən 2 dəfə çoxdur. Onlardan 6 minə yaxını özünəməşğulluq proqramına cəlb edilib, 5 mindən çoxu işə düzəlib, 3500-ü mənzillə təmin edilib. Proqramların hamısı davam edir. Dövlətin qayğısı, dəstəyi genişdir və geniş şəkildə də davam edəcək".(report)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol