• $
  • €
  • ₽
  • ₺
  • £

Bu universitetin 33 nəfəri prezident təqaüdü alır

Bu universitetin 33 nəfəri prezident təqaüdü alır
20.06.2022 13:40
Prezident təqaüdçülərinin 33 nəfəri Bakı Ali Neft Məktəbinin tələbələridir. Bunu BANM-nin rektoru Elman Qasımov Bakı Elm Olimpiadasının qaliblərinin mükafatlandırılması tədbirində deyib.
 
O bildirib ki, yüksək nəticə göstərən məktəblilərin 17 nəfəri sırf Bakı məktəbləridir.
 
"Bakı Ali Neft Məktəbinə ortalama qəbul balı 650 və ondan yuxarıdır ki, bu da Azərbaycanda ən yüksək göstəricidir. 2021-2022-ci tədris ili üzrə ali məktəb ilk dəfə II ixtisas qrupu üzrə də tələbə qəbulu keçirib və bu ixtisas üzrə qəbul olanların 11 nəfəri Prezident təqaüdünə layiq görülüb. 2021-2022-ci tədris ilində ölkə üzrə 102 nəfər Prezident təqaüdçüsündən 33-ü BANM-in tələbəsidir. Bu il də qəbul imtahanlarında ölkə üzrə ən yüksək bal toplamış tələbə BANM-i seçib"- rektor bildirib.
 
İlk dəfə qəbul aparılan II ixtisas qrupu üzrə ən yüksək bal toplamış abituriyentin seçimi də Bakı Ali Neft Məktəbi olub. Hazırda ali məktəbin Prezident təqaüdçülərinin sayı 205 nəfərə çatıb- rektor bildirib.
 
Aytac
 



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol