Bakıda daha bir yol çökdü - FOTOLAR

Bakının Mirəli Qaşqay və Ənvər Qasımzadə küçələrinin kəsişməsində asfalt örtüyü çöküb.Hadisə səhər saatlarında baş verib. Yolun çökdüyü ərazidə problemin aradan qalxması üçün "Azərsu"ASC-nin əməkdaşları cəlb olunub. Nəsimi rayon Su-kanal İdarəsinin baş mühəndisi Hüseyn Ağasıyev qəzanın ilkin səbəbini su borusunun partlamasında görüb.Baş mühəndis faktxəbər-ə bildirib ki, problem gün ərzində aradan qaldırılacaq. Hazırda qəzanın baş verdiyi ərazidə tıxac müşahidə olunur.Xatırladaq ki, ötən gün Bakının Nobel prospektində də asfalt örtüyü çökmüşdü.
ANNET.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























