Ombudsmandan Tale Bağırzadə ilə bağlı-AÇIQLAMA

Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri Penitensiar Xidmətin Həbsxanasında cəza çəkən Taleh Bağırzadə ilə görüşüblər. Bu barədə Ombudsman Aparatının İnformasiya və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Emil Şahzadə bildirib.
"Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri Penitensiar Xidmətin Həbsxanasında cəza çəkən Taleh Bağırzadə ilə görüşüblər. Konfidensial qaydada görüş zamanı o, həmin müəssisədəki saxlama şəraitindən və əməkdaşların rəftarından şikayət etməmiş, həkim nəzarətində olduğunu, habelə ailə üzvləri ilə telefon danışıqlarına maneə yaradılmadığını, vəkili ilə mütəmadi görüşdüklərini bildirib",- Şahzədə vurğulayıb.
O, bildirib ki, Ombudsmanın MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı onun müraciətləri dinlənilib, hüquqlarının təmin edilməsi vəziyyəti araşdırılıb, İnsan Hüquqları üzrə Müvəkkilin səlahiyyətləri izah edilib.
Taleh Bağırzadənin müraciətləri Ombudsmanın diqqət mərkəzindədir.
Mayın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Müsəlman Birliyi Hərəkatının üzvü Razi Hümbətov 6 il azadlıqdan məhrum edilib. Bu zaman məhkəməni izləməyə gələn beş nəfər inanclı insan salxanılıb. Saxlanılan şəxslər Müsəlman Birliyi Hərəkatının üzvləri İmran Məmmədli, Elgiz Məmmədov və Ağəli Yəhyayev polisə müqavimət ittihamı ilə təqsirləndirilərək bir aylıq inzibati həbsə məhkum edilib.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























