Bakıda sıxlıq müşahidə edilən yollar açıqlanıb - SİYAHI

Hazırda Bakı yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Tıxac olan yollar aşağıdakılardır:
2. Moskva prospektində - Beynəlxalq Avtovağzalın qarşısından 20 yanvar dairəsinə qədər - əsas yolda sıxlıq
3. Binəqədi şossesində - mərkəz - Azadlıq prospekti metro stansiyası istiqamətində sıxlıq
4. Ziya Bünyadov prospektində - Böyükşor gölünün yanından Atatürk prospekti ilə kəsişməyə qədər əsas yolda, 20 Yanvar dairəsi istiqamətində, eyni zamanda Xutor dairəsi ilə kəsişmədən Koroğlu metrosu istiqamətində Atatürk prospekti ilə kəsişməyə qədər sıxlıq
5. Tbilisi prospektində, 20 yanvar dairəsindən Ak.Həsən Əliyev küçəsi ilə kəsişməyə qədər sıxlıq
6. Heydər Əliyev prospektində - Koroğlu metro stansiyasının qarşısından 5 saylı Asan xidmət mərkəzinin qarşısına qədər kənar və əsas yolda sıxlıq
7. Aeroport şossesində, Heydər Əliyev prospekti istiqamətində sıxlıq
8. Koroğlu Rəhimov küçəsində, Ak.Həsən Əliyev küçəsi istiqamətində nisbətən sıxlıq müşahidə olunur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























