• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell məhsulları artıq Azərpoçt məntəqələrində!

Azercell məhsulları artıq Azərpoçt məntəqələrində!
20.06.2022 21:47
Azərpoçt-un Bakı və Abşeron məntəqələrində təqdim edilən Azercell xidmətləri yaxın gələcəkdə bütün şöbələrdə mümkün olacaq.  
 
"Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə sadiq qalan ölkənin lider mobil operatoru "Azercell Telekom” abunəçiləri üçün rahat bağlantını təmin etmək məqsədilə mobil operatorlar arasında ilk dəfə olaraq "Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyət ilə yeni formatda əməkdaşlığa başlayır. Belə ki, hazırda Bakı və Abşeron üzrə "Azərpoçt” məntəqələrində Azercell-in ödəmə kartları və digər xidmətlərinin göstərilməsi artıq təmin olunub. Xidmətlərin gələcəkdə bütün ölkəni əhatə etməsi nəzərdə tutulur.  Qeyd edək ki, həmin məntəqələrdə xüsusi təlim keçmiş "Azərpoçt” əməkdaşları abunəçilərin Azercell xidmətləri ilə bağlı suallarını cavablandıracaq, bir çox müştəri əməliyyatlarını həyata keçirə biləcəklər.
 
Paytaxt və bölgələr boyu fəaliyyət göstərən Azercell Müştəri Xidmətləri Mərkəzləri, Azercell Eksklüziv ofisləri, və Azercell-in rəsmi diler məntəqələrində abunəçilər üçün mümkün olan xidmət çeşidləri yaxın zamanda Azərpoçt məntəqələri vasitəsilə də vətəndaşlara təqdim ediləcək.   
 
 "Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti əhaliyə ənənəvi poçt xidmətləri, bank, sığorta və s. kimi qeyri-ənənəvi xidmətlər, elektron ödənişlər, depozitlər və s kimi maliyyə xidmətləri, eləcə də, elektron hökumət və biznes xidmətlərini təqdim edir. Ölkəmizin ən qədim rabitə qurumu olan Azərpoçt ilə ölkənin aparıcı mobil rabitə operatoru "Azercell Telekom”-un əməkdaşlığı hər iki təşkilat üçün əhaliyə daha rahat və keyfiyyətli xidmət göstərməyə imkan yaradacaq.
 
 
 
 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol