Bakıda parkda qəsdən yanğın törədilib - Saxlanılan var

İyunun 14-də Bakının Binəqədi rayonu, 6-cı mikrorayon, Behbudov küçəsində yerləşən "Dendroloji park”ın ərazisində qəsdən yanğın törədilib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Yanğın nəticəsində 500kv.m. sahədə quru ot yanıb.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin səyi ilə yanğın söndürələrək alovun ətraf ərazilərə yayılmasına imkan verilməyib.
Faktla əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən operativ olaraq hadisənin başvermə səbəbləri və mümkün təqsirkar şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilib.
Araşdırmalar nəticəsində yanğını qəsdən törətməkdə şübhəli bilinən Səmədov Emil Nazim oğlu müəyyən edilib. Səmədov yanğını qəsdən törətdiyini etiraf edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























