Bakı metrosunda 44 qatarda kondisioner yoxdur - RƏSMİ

Bakıda 44 qatarda kondisioner yoxdur, bunu anews.az-a açıqlamasında "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə hazırda metro daxilində 63 qatar aktiv rejimdə fəaliyyət göstərir.
"Gündəlik tələbatdan asılı olaraq 40-46 arası qatar xəttə buraxılır. Onlardan 19-u müasir tipli olduğu üçün kondisionerlərlə təmin olunub. Yerdə qalan 44 qatarda isə kondisioner yoxdur", - mətbuat katibi bildirib.
Cari ilin iyunun 1-dən Bakı Metrosu yay rejiminə keçib və metropolitendə havalandırma ventilyatorları işə salınıb.
Bu gün, iyunun 21-də Azərbaycana yay fəsli daxil olub. Ölkədə yay fəsli iyunun 21-i saat 13:13-də başlayacaq. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73⁰.1) olur. Həmin gün ən uzun Gündüz və ən qısa Gecə olur. Gündüzün uzunluğu 15 saat 3 dəq. 24 san, gecənin uzunluğu isə 8 saat 56 dəq. 36 san olacaq.
Gülnar Nazimqızı
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























