• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda şəkər tozu niyə bahalaşıb?

Azərbaycanda şəkər tozu niyə bahalaşıb?
21.06.2022 15:33
Bakıda şəkər tozunun 50 kiloqramlıq bir kisəsi 67 manatdan 75 manata qaldırılıb. Bu barədə məlumatı unikal saytı yayıb. 
 
Bölgələrdə isə 50 kiloqramlıq şəkər tozunun bir kisəsinin qiyməti 50-75 manat arasında dəyişir.
 
Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin yanvar-mayı üzrə şəkər çuğundurunun əkin sahəsi 4.96 min hektar olub ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.3% az və ya 5.1 min hektar ərazini əhatə edib. Cari ilin yanvar-apreli ərzində ölkəyə 42.2 milyon ABŞ dolları dəyərində 78.75 min ton xam şəkər və bu dövr ərzində  186.0 min ABŞ dolları dəyərində 233 ton ağ şəkər idxal olunub.  Həmçinin cari ilin 4 ayında ölkədən 9.0 milyon ABŞ dolları dəyərində 14.0 min ton ağ şəkər ixrac edilib.
 
2021-ci ildə isə şəkər çuğundurundan alınan bərk vəziyyətdə ağ şəkər və şəkər tozunun istehsalı 18.2 min ton olub.  Ötən il ərzindəə ölkəyə 145.7 milyon ABŞ dolları dəyərində 303.7 min ton xam şəkər və  9.9 milyon ABŞ dolları dəyərində 18.0 min ton ağ şəkər idxal olunub.  Həmçinin 2021-ci ildə ölkədən 32.1 milyon ABŞ dolları dəyərində 59.1 min ton ağ şəkər ixrac edilib.
 
İqtisadi məsələlər üzrə ekspert Asif İbrahimovun sözlərinə görə şəkər çuğundurunu müharibə gedən ölkələrdən tədarük etdiyimizə görə qiymətlərin bahalaşması bununla bağlıdır.
 
"Hazırda Rusiya Ukraynanın dünya bazarlarına satışa çıxan məhsullarının 95%-nə qadağa qoyulub. Çünki Ukraynanın dəniz limanları Rusiyanın nəzarətinə keçib. Azərbaycan şəkər çuğundurunu Rusiya,Ukrayna,Qazaxıstan və Belarusdan alırdı. Hazırda tədarük etmə imkanlarımız məhdudlaşıb. Buna görə də şəkərin qiymətlərində bahalaşma müşahidə edilir", - ekspert bildirib.
 
Asif İbrahimov alternativ yol olaraq şəkər çuğundurunun yerli istehsalının artırlmasını təklif edir.
 
"Bizim iqlim və təbiət imkanlarımız icazə verir ki, biz bu məhsulu ölkə daxilində istehsalını daha da artıraq. Yerli fermerlərə bu sahədə dəstək olmaq lazımdır. Kənardan tədarük etməyə başladıqca risklərimiz bir az da artır. Məsələn Hindistan martda taxıl ixrac edəcək ölkələrin siyahsına Azərbaycanı da əlavə etmişdi. Sonradan quraqlığı bəhanə edərək bu fikrindən danışdı. Bu cür səəbəblər bizim bu sahəələri daha da təkmilləşdirməyimiz üçün əsaslı səbəblər olmalıdır", - İbrahimov vurğulayıb. 
  
Son bir ildə qlobal bazarda şəkər tozu qiymətində ciddi artım müşahidə olunur. Araşdırmalar nəticəsində məlum olub ki, şəkər tozu bazarında kəskin bahalaşma qeydə alınıb. Mütəxəssislərin sözlərinə görə, qlobal bazarda şəkər tozu qiymətlərinin artımına dünyada baş verən pandemiya, xam neft qiymətlərinin yüksəlməsi, eyni zamanda Rusiya- Ukrayna arasında gedən müharibə səbəb olub.
 
Xam neft qiymətlərinin yüksəlməsi daşınma xərclərinin 66% artmasına, təxminən 2 il davam edən pandemiya istehsalın aşağı düşməsinə, Rusiya-Ukrayna müharibəsinə ilə əlaqədar tədarükün azalmasına səbəb olub, bununla da şəkər tozuna tələbat artıb. Rusiya və Ukrayna arasında gedən müharibə səbəbindən həm məhsulların xaricə çıxışı, həm də limanların və logistikanın fəaliyyətində problem yaranıb. Bu vəziyyət logistika xərclərinin artmasına və limanlarda uzun müddət gözləmələrə səbəb olub. Bunun məntiqi nəticəsi kimi şəkər tozu qiymətlərində nəzərə çarpacaq qədər artım qeydə alınıb.

Hazırda ətraf ölkələrdə şəkər tozunun qiyməti Özbəkistanda 1100 dollar, Qazaxıstanda 1071, Qırğızıstanda 1100, Rusiyada 870, Gürcüstanda 720, Türkiyədə 1200 dollar təşkil edir. Statistikaya əsasən Azərbaycanda şəkərin qiyməti bu ölkələrdən minimum 200 ABŞ dolları aşağıdır və məhsulların tədarükündə heç bir problem yoxdur.
 
Gülnar Nazimqızı 
 

 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol