• $
  • €
  • ₽
  • ₺
  • £

Dərslərin 1 sentyabrdan başlaması təklifinə rəsmi REAKSİYA

Dərslərin 1 sentyabrdan başlaması təklifinə rəsmi REAKSİYA
21.06.2022 20:00
Milli Məclisin deputatı Fazil Mustafa növbəti tədris ilinin sentyabrın 1-dən başlaması ilə bağlı təklif edib.  Təhsil Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Modern.az-ın sorğusuna cavabında məsələnin təmsil etdiyi qurumun səlahiyyətində olmadığını deyib.
 
"Bilik Günü Nazirlər Kabineti tərəfindən verilən qərar əsasında sentyabrın 15-i müəyyən edilib. Nazirlik olaraq, biz hər hansı şərh verə bilmərik", - Valehov vurğulayıb.
 
Deputat Fazil Mustafa Azərbaycanda Bilik Gününün sentyabrın 1-də keçirilməsi haqqında  məsələ qaldırıb. Deputatın təklifi ötən gündən etibarən sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
 
"Kim nə deyir desin, müstəqillik dövrümüzdə alınan ən yersiz, lazımsız, faydasız, zərərli qərarlardan biri və bəlkə də birincisi orta və ali məktəblərdə dərslərin sentyabrın 15-dən başlaması barədə qərardır. Fikrimcə, bu qərar təhsil sistemimizdə məqsədli şəkildə dolaşlqlıq yaratmaq üçün verilib. Məhz bu qərara görə, Azərbaycanda bütün tədris planı allaq-bullaq olub. Yalan deyirlər, mayın 25-dən sonra heç bir məktəbdə normal dərs keçirilmir, bütün təhsil sistemimiz bu mənasız qərarın girovuna çevrilib. Heç bir ciddi əsaslandırması da yoxdur. AZAL da təqribən bu qafa ilə biletə qiyməti yükləyir. Heç bir dəfə bu hərəkətin ağlabatan əsaslandırmasını eşitdinizmi? Burada da eyni qafa. Hava belə oldu, günəş elə getdi, külək belə əsdi- bunun modern binanın içindəki təhsilə nə dəxli? Günəş çox şüa yollasa məktəb pəncərələrinin jalüzlərini aşağı salın, vəssəlam. Jalüz yoxdursa valideynlərə deyin pul yığıb düzəltsinlər. Müəllimlər də iyun ayının 15-dək olan mənasız uzatmalardan beziblər. Müzakirəyə çıxarın görək neçə faiz ağıllı tapılacaq ki, dərslərin 15 gün gec başlamasını dəstəkləsin? Mən tam əminliklə söyləyirəm, dərsləri sentyabrın 1-dən başlamaq qərarı verilsin, tədrisin keyfiyyətinə dərhal öz təsirini göstərəcək. Tədrisdə itirilən bir gün belə önəmlidir. Sentyabrın 1-i dərslər başlamalıdır!”, - deputat deyib.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol