Bakının Xəzər rayonunda neft oğruları peyda olub

Bakıda mədən ərazisindən müxtəlif vaxtlarda 2 ton neft oğurlamaq istəyən şəxslər yaxalanıb.Bu barədə "Security Operation Services” ("SOS”) mühafizə şirkətindən bildirilib.
Məmmədzadə Zamiq Mahir oğlu 968 saylı işlək neft quyusunun yaxınlığında yerləşən yeraltı neft anbarından xam neft oğurlamaq istəyərkən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) strateji obyektlərinin təhlükəsizliyini təmin edən mühafizəçilər onu yaxalayıb.
Əraziyə baxış keçirilərkən məlum olub ki, Z.Məmmədzadə xam nefti özü ilə gətirdiyi xüsusi nasos vasitəsilə 99-EN-365 nömrəli "Ford” markalı avtomobilin daxilinə yerləşdirdiyi 2 ton tutumu olan plastik çənə doldurmağı planlaşdırıb.
Oxşar oğurluğa cəhd halı bir neçə gün öncə 1558 saylı neft quyusunun yaxınlığında yerləşən çəndə də qeydə alınıb. Emin Bəkirov gecə saat 03:00 radələrində 99-VF-168 nömrəli "Ford” markalı avtomobil ilə xam neft oğurlamaq istəyərkən mühafizəçilər onu yaxalayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























