• $
  • €
  • ₽
  • ₺
  • £

ADY “Karat Holdinq”dən 100 min tələb edir

ADY “Karat Holdinq”dən 100 min tələb edir
22.06.2022 09:38
"Azərbaycan Dəmir Yolları" ölkənin tanınmış un istehsalçısı olan "Karat Holdinq”i məhkəməyə verib.
 
Tərəflər arasında öhdəliklərlə bağlı problem yaranıb. Belə ki, stansiya xidmətlərinə görə yığımların tutulması baxımından ADY "Karat Holdinq” tərəfindən 103 076 manat ziyana düşdüyünü iddia edib.

İddia Bakı Kommersiya Məhkəməsində icraata götürülüb. İşə hakim Zeynəb Axundovanın sədrliyi ilə baxılacaq.

"Karat Holding” 10-dan çox şirkəti özündə birləşdirən iri qurumdur. "Karat” MTK, "Azİnvest” tikinti şirkəti, "Karmen” dəyirmanı, makaron, kisə və quşçuluq fabrikləri, "Marina Plaza” oteli, "Premium” market məhz bu holdinqə daxildir.

Mediada yayılan məlumatlarda "Karat Holding"in sabiq deputat Əsabil Qasımova məxsus olduğu deyilir. Hazırda şirkətə onun qohumu İqdam Umudov rəhbərlik edir.

Azərbaycan Dəmir Yollarına 7 il rəhbərlik etmiş Cavid Qurbanov ötən ay vəzifəsindən azad edilib.(qafqazinfo)

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol