• $
  • €
  • ₽
  • ₺
  • £

Deyəsən, sərhədlərin açılmasına kimsə möhkəm söyüş qoyub - DEPUTAT

Deyəsən, sərhədlərin açılmasına kimsə möhkəm söyüş qoyub - DEPUTAT
22.06.2022 11:10
Millət Vəkili Aqil Abbas quru sərhədlərin açılmamasına görə yenidən irad və etirazını bildirib. Bu barədə deputatın "Ədalət" qəzetində yazısı dərc olunub.

"Bütün dünya sərhədləri açıb, qapıbir qonşumuz Gürcüstan lap çoxdan açıb. Yay, turizm vaxtı... Gürcüstanın da çörəyi turizmdən çıxır. Deyirlər, ovu bərədə vurarlar. Biz o ovu çoxdan qaçırtmışıq. Söhbət turistdən gedir.

Srağagün dəniz kənarındaydım, bulvarda gəzirdim. Həmişə bu vaxtlar dəniz kənarı İrandan, Cənubi Azərbaycandan gələn turistlərdən aşıb-daşırdı. Eləcə də ərəb ölkələrindən.

Bir saat gəzdim, gözümə bir dənə də turist dəymədi. Sərhədlərimizi nə təhər bağlamışıqsa quş quşluğuyla keçə bilmir. Düzdür, arada erməni güllələri sərhədyanı kəndlərimizə keçə bilir.

Türkiyədə 20 min azərbaycanlı tələbə oxuyur. Bu yay onların evlərinə gəlməsi sual altındadı. Bunun nə qədəri «çerez» Naxçıvan gələ bilər? Uzaqbaşı beş-on faizi. Türkiyə ingiltərə deyil, Fransa deyil, Almaniya deyil, Amerika deyil ki, orda təyyarə bileti almağa imkanı olan varlı ailələrin uşaqları oxusun. Qardaş ölkədə təhsil alanlar əsasən kasıb-kusubun balalarıdı.

Qəzetlərdə, saytlarda da tez-tez yazırlar: «Şad xəbər! Sərhədlər açılacaq. Açıqlama»; «Sərhədlər açılır» və sair və ilaxır. Heç biri də rəsmi açıqlama deyil. Ya bir ekspertin fikridi, ya da bir deputatın fərziyyəsidi.

Deyəsən, sərhədlərin açılmasına kimsə möhkəm söyüş qoyub, özü də pis söyüş. Ona görə də Operativ Qərargah sərhədləri açmaqdan çəkinir, söyüş sahibi olmaq istəmir.

Uşaq vaxtı belə bir şey vardı – biri o birisinə söyəndə söyülən tez bir dəmir parçasından tutub deyirdi: «Əlim dəmirdə». Mənası o idi ki, yəni əlim dəmirdədisə söyüş mənə yox, söyənə çatır.

İndi Operativ Qərargah, bəlkə siz də əlinizi dəmirə qoyasınız, sərhədləri açasınız.

Turistlərin xətrinə yox ey, Azərbaycandan kənarda qalan və Vətənə gəlmək üçün ləlöy döyən kasıb-kusub soydaşlarımızın xətrinə.

Zəngəzur dəhlizi də hələ açılmır ki, gedək İrəvandan uçaq”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol