Bakıda aksiya keçirilib- DİN-dən rəsmi açıqlama

Bakıda inanclı fəallar Prezident Administrasiyasının qarşısında aksiya keçirib.
Aksiya iştirakçıları Müsəlman Birliyi Hərəkatının üzvlərinin işgəncələrə məruz qaldığını və İslam müqəddəslərinin təhqir olunduğunu bildirirlər.
DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib ki, aksiya zamanı saxlanılan olmayıb.
"Tamamilə absurd, həqiqətə uyğun olmayan ifadələrdir. Polis əməkdaşlarının Allahı təhqir etməsi ilə bağlı ortaya atılan iddialar heç bir halda həqiqəti əks etdirmir. Hər bir polis Azərbaycan Respublikasının vətəndaşıdır. Dini dəyərlər, tolerantlıq,vdini inanclara hörmətlə yanaşırlar. Polis sıralarında minlərlə ibadət edən, inanclı polis əməkdaşları var. Onlarında ibadətlərinə heç bir məhdudiyyət yoxdur. Azərbaycanda dini məsələlərlə bağlı heç bir qadağa yoxdur. Polis əməkdaşlarının Allahı təhqir etməsi ilə bağlı iddiaların ortaya atılması siyasi şüardır. Bunun hansısa formada DİN adı ilə ortaya çıxması doğru deyil"-,Hacıyev bildirib.
19 il həbsə məhkum edilən Tale Bağırzadə inanclı insanların məhkəməsini izləməyə gəlmiş şəxslərin tutularaq işgəncəyə məruz qaldığı iddia edərək etiraz aksiyasına başlayıb. O iddia edir ki, işgəncə zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları Allahı təhqir edib. Bağırzadə tələb edir ki, onlar üzr istəməlidir.
Bağırzadənin lideri olduğu Müsəlman Birliyi Hərəkatının iyunun 12-də yaydığı bəyanatda deyilir ki, inancın təhqirinə yol verən polis işçilərinin cəzalanma tələbi ilə Bağırzadənin başladığı aksiyaya neçə-neçə siyasi və məhbəs həyatı yaşayan digər şəxslər qoşulub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli hökmü ilə Tale Bağırzadə 19 il həbsə məhkum edilib. Məhkəmə hökmünə görə, o, həbsinin ilk 7 ilini Qobustan Qapalı Həbsxanasında çəkməlidir.
Tale Bağırzadə və bir sıra digər inanclı insanlar 2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyatdan sonra həbs olunublar.
Tale Bağırzadə və bir sıra digər inanclı insanlar 2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyatdan sonra həbs olunublar.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib