• $
  • €
  • ₽
  • ₺
  • £

İyulun 1-dən AZAL Tiblisiyə uçuşlara başlayacaq

İyulun 1-dən AZAL Tiblisiyə uçuşlara başlayacaq
22.06.2022 14:07
"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkəti marşrut şəbəkəsini inkişaf etdirməyə davam edərək, iyul ayında Bakıdan Gürcüstanın paytaxtı Tbilisi şəhərinə uçuşlar yerinə yetirməyə başlayacaq.

AZAL-ın verdiyi məlumata görə, Bakı-Tbilisi-Bakı marşrutu üzrə reyslər aviaşirkət tərəfindən həftədə üç dəfə - bazar ertəsi, çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək. İlk reys 1 iyul tarixində baş tutacaq.


AZAL-ın bu və digər reyslərinə aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytında və aviadaşıyıcının akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək mümkündür.


Bakı-Tbilisi-Bakı istiqamətində eyni zamanda "Buta Airways" aşağıbüdcəli aviaşirkəti hər gün iki dəfə uçuşlar həyata keçirir.


Qeyd olunan reyslərə müəyyən edilmiş daşıma şərtlərinə uyğun olan və mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuşuna icazə verilən sərnişinlər qəbul ediləcək.


Gürcüstana səfər etməyi planlaşdıran bütün sərnişinlərə uçuşdan əvvəl ölkəyə daxil olma qaydaları ilə tanış olmaq tövsiyə olunur: https://www.azal.az/ru/information/covid-georgia.


Azərbaycana giriş qaydaları haqqında məlumatla buradan tanış olmaq mümkündür: https://www.azal.az/ru/information/covid-azerbaijan.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol