• $
  • €
  • ₽
  • ₺
  • £

Buzovnada dəniz sahilindəki qanunsuz hasar və tikililər sökülür

Buzovnada dəniz sahilindəki qanunsuz hasar və tikililər sökülür
22.06.2022 15:19
Buzovnada dəniz sahilindəki qanunsuz hasar və tikililər sökülür, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin yaydığı məlumatda bildirilib.

"Dəniz sahili ərazilərdəki vəziyyətlə bağlı Buzovna sakinlərinin müraciətləri ilə əlaqədar bu ərazilərdə aparılan inventarizasiya zamanı müəyyən edilib ki, vaxtı ilə, 10-15 il əvvəl burada bəzi insanlar tərəfindən dəniz kənarlarınin hasarlanması, sahilə keçidlərin bağlanması, həmçinin qədim qayalıqların zibillənməsi hallarına yol verilib ki, bu da haqlı narazılıqlara səbəb olur.

Bəzi yerlərdə sakinlər qanunsuz olaraq əlavə torpaq sahələrini zəbt edərək öz həyətlərinə birləşdiriblər. Həm də dənizin geri çəkilməsi ilə əlaqədar sahilyanı ərazilər genişlənib.

Qeyd olunan qanunsuzluqların aradan qaldırılması, eləcə də ölkə başçısı cənab İlham Əliyevin Xəzər dənizinin sahilboyu ərazilərinin qanunvericiliyin tələblərinə uyğun olaraq bərpa edilməsi və insanların dəniz sahilinə sərbəst giriş-çıxışı təmin edilməsi ilə bağlı müvafiq Sərəncamının icrası məqsədi ilə səhər saatlarından etibarən Bakı Şəhər və Xəzər Rayon İcra Hakimiyyərlərinin, kommunal qurumların texnikaları və işçiləri tərəfindən Buzovna qəsəbəsində sahilyanı ərazilərdəki qanunsuzluqların aradan qaldırılmasına başlanılıb. Zəbt edilən torpaq sahələrinin hasarları, ərazidə bəzi sənədsiz tikililər, çimərlik ərazisinə daxil olmağa mane olan sədlər sökülür. Həmçinin kommunal xidmətlərin işçiləri tərəfindən qayalıq ərazilərinin müxtəlif tullantılardan təmizlənməsinə başlanılıb.

Təmizlənən torpaq sahələri çimərlik ərazilərinə birləşdiriləcək və əraziyə nəzarət artırılacaq. Eyni zamanda neqativ hallara yol verilməsinin, ərazinin zibillənməməsinin qarşısının alınması ilə bağlı vətəndaşlar arasında maarifləndirmə işlərinin gücləndirilməsi və pozuntulara yol verənlərin qanunamüvafiq qaydada cəzalandırılması nəzərdə tutulub. Xəzər dənizi Azərbaycan xalqına bəxş edilmiş bir nemətdir və onu qorumaq hər birimizin borcudur”.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol