BEA 2022-ci ilenerji sektoruna investisiyaların həcmini 2,4 trilyon dollar olub

Təchizat boşluğunu aradan qaldırmaq üçün zəruri olan enerji sektoruna investisiyaların həcmi 2,4 trilyon dollar həcmində qiymətləndirilir. Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) saytında məlumat verilib.
Bu il enerji sektoruna investisiyaların həcmi 2,4 trilyon səviyyəsində ola bilər ki, bu da 2021-ci illə müqayisədə 8% çoxdur. Xüsusilə, investisiyaların əksəriyyəti elektrik enerjisi sektoruna və enerji səmərəliliyinin artırılmasına yönəldiləcək.
Hesabatda qeyd olunub ki, bərpa olunan enerjiyə rekord səviyyədə investisiya qoyuluşuna baxmayaraq, bu vəsait enerji təhlükəsizliyini artırmaq və daha yaxşı bir iqlim üçün enerji keçidini sürətləndirmək üçün kifayət deyil.
BEA əlavə edib ki, enerji keçidinə investisiyalar yalnız inkişaf etmiş iqtisadiyyatlarda artır. Lakin inkişaf etməkdə olan ölkələrdə 2015-ci ildən, Paris sazişinin imzalanmasından sonra investisiyaların həcmi dəyişməyib.
İyunun 8-də Beynəlxalq Enerji Agentliyinin (BEA) rəhbəri Fatih Birol bildirib ki, avropalı sakinlər əsasən Rusiyadan gələn qaza qənaət etmək üçün yaşayış binalarında istilik temperaturunu iki dərəcə aşağı sala bilərlər.
www.anews.az

Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib