Pambıq sahəsində işləyən 15 nəfər zəhərlənib

Beyləqanda pambıq tarlasında kütləvi zəhərlənmə olub.
15 pambıqçı zəhərlənmə diaqnozu ilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların hamısının Beyləqan sakinləri olduğu deyilir.
Onlardan ikisi huşsuz vəziyyətdə xəstəxanaya daxil olub.
Beyləqan Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, müraciət edənlərə həkimlər tərəfindən ilkin yardım göstərilib.
"Zəruri müayinələr aparılıb. Zəhərlənənlərin vəziyyətləri qənaətbəxşdir, gün ərzində ambulator müalicə üçün evə buraxılacaqlar”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























